RU
Azərbaycan Ordusunun düşməni məhv edəcək öldürücü silahı – FOTOLAR
14:31
421

Azərbaycan Ordusunun düşməni məhv edəcək öldürücü silahı – FOTOLAR

ABŞ-ın "The National İnterest” nəşri Rusiya və Amerika arasında mümkün müharibədə tətbiq olunacaq 10 öldürücü silahla bağlı material yayımlayıb.

Siyahıda olan silahlardan birinin Azərbaycan Silahlı Qüvvələrinin arsenalında olması diqqət çəkir.

"T-90 tankı.

Nəşr bunun öldürücü silah olduğunu yazıb. Bu tanklar Rusiyanın zirehli maşınları sırasında "Armata” istisna olmaqla ən müasiridir. "Armata” hələ istehsal olunur və silah arsenalına daxil edilməyib. "T-90” SSRİ-nin tankı olan "T-72”-nin müasirləşdirilmiş formasıdır. "T-72” müasirləşdirilərək "T-80” ilə əvəz olundu. Lakin çeçen müharibəsində "T-80”-nin uğurlu olmadığı ortaya çıxdı. Bundan sonra Rusiya hərbi kompleksi "T-90” tankının istehsalına başladı.

"T-90” Qərbin "Bəbir-2”, yaxud M1A2 "Abrams” kimi tanklarına alternativ hesab olunur. "T-90” aşkarlama və idarəetmə sisteminə malikdir. Həmçinin, güclü müdafiə sistemi var.

Nəşrin məlumatına görə, "T-90” tankları Azərbaycan, Türkmənistan, Əlcəzair, Uqanda və Hindistan ordusunda da var. Hazırda Moskva "T-90MS” adı ilə tankın təkmilləşdirilmiş versiyasını təklif edir.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ