RU
Azərbaycan Ordusunun raket və artilleriya bölmələri döyüş atışları icra edib
12:17
276

Azərbaycan Ordusunun raket və artilleriya bölmələri döyüş atışları icra edib

 Müdafiə nazirinin təsdiq etdiyi 2019-cu ilin döyüş hazırlığı planına uyğun olaraq cəbhəboyu zonada yerləşən raket və artilleriya bölmələrinin döyüş atışlı məşğələləri keçirilib.

Müdafiə Nazirliyindən 7News.Az-a verilən məlumata görə, məşğələlər zamanı bölmələr marş icra etmə, cəmləşmə rayonlarına çıxma və digər tapşırıqları yerinə yetiriblər.

 

Raket və artilleriya bölmələri şərti düşmənin müdafiəsinin dərinliyində yerləşən hədəflərinə zərbələr endirməklə döyüş atışları icra ediblər.

 
 
 
 
 
 
7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ