RU
Azərbaycan Pakistandan qırıcı alacaq
15:49
336

Azərbaycan Pakistandan qırıcı alacaq

Prezident Məmnun Hüseyn Azərbaycan və Nigeriyanın Pakistanın hərbi istehsalında, o cümlədən də modernləşdirilmiş JF-17 qırıcılarına maraqlı olduğunu bildirib.

“Azərbaycan və Nigeriya tezliklə Pakistan məmulatlarının alıcısı olacaq”, - prezident bunu Ravalpindidə Pakistanın Ticarət-sənaye palatasının nümayəndə heyəti ilə görüşdə bildirib.

Prezident Nigeriyanın Pakistanın hərbi istehsalat məmulatlarını, o cümlədən də JF-17 Thunder və Mashaq təyyarələrini almaqda maraqlı olduğunu bildirib.

Bu yaxınlarda Azərbaycana səfərinə istinad edərək, prezident iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın möhkəmləndirilməsi yollarını müzakirə etdiyini bildirib.

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ