RU
Azərbaycan Paralimpiadada ilk “qızıl”ını qazandı – YENİLƏNİB
08:31
949

Azərbaycan Paralimpiadada ilk “qızıl”ını qazandı – YENİLƏNİB

Azərbaycan cüdoçusu Ramil Qasımov Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XV Yay Paralimpiya Oyunlarının qalibi olub.

7News.Az xəbər verir ki, idmançımız həlledici görüşdə Ukrayna cüdoçusu Dmitri Solovey üzərində təmiz qazanıb.

Qeyd edək ki, bu Azərbaycan yığmasının Paralimpiadada qazandığı ilk qızıl medaldır.

21:38

Azərbaycan cüdoçusu Ramil Qasımov Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XV Yay Paralimpiya Oyunlarının finalına yüksəlib.

7News.Az xəbər verir ki, Ramil Qasımov yarımfinalda Almaniya təmsilçisiNikolay Kornhassa qalib gəlib. 

Qızıl medal uğrunda görüşdə Ramil Qasımov Ukrayna cüdoçusu Dmitri Solovey ilə üz-üzə gələcək.

18:38

Azərbaycan cüdoçusu Ramil Qasımov Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XV Yay Paralimpiya Oyunlarında mübarizəyə başlayıb.

7News.Az xəbər verir ki, 73 kiloqram çəki dərəcəsində yarışan təmsilçimiz kubalı Rodriqes Gerardonu məğlub edib.

Beləliklə, R.Qasımov yarımfinala yüksəlib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ