Tokio 2020 XVI Yay Paralimpiya Oyunlarında iştirak edəcək üzgüçülük idman növü üzvə milli komanda və eyni zamanda nümayəndə heyətinin bir neçə üzvü bu gün Yaponiyanın Şika şəhərinə yola düşüblər.
7NEWS.Az-ın məlumatına görə, Beynəlxalq təlim-məşq toplantısında iştirak edəcək milli komanda daha sonra paytaxt Tokioda yerləşən paralimpiya kəndinə yola düşəcək.
Tokio 2020-də üzgüçülük idman növündə ölkəmizi Raman Saleh, Vəli İsrafilov və Dana Şandıbına təmsil edəcəklər.
Üzgüçülərdən ilk olaraq Raman Saleh avqustun 27-də yarışlara qatılacaq.
Qeyd edək ki, Azərbaycan paralimpiyaçıları Tokio-2020-ə 36 lisenziya qazanıb. Bu, ötən paralimpiadalarla müqayisədə rekord göstəricidir. Onlardan 12-si paraatletika, 11-i paracüdo, 4-ü parataekvondo, 4-ü pauerliftinq, 3-ü üzgüçülük və 2-si güllə atıcılığı növündədir.
Paralimpiada 24 avqust - 5 sentyabrda keçiriləcək.
7NEWS.Az







