RU
“Azərbaycan parlamentarizmi tarixi” kitabının təqdimatı keçirilir
12:23
624

“Azərbaycan parlamentarizmi tarixi” kitabının təqdimatı keçirilir

Bu gün Milli Məclisdə (MM) parlament rəhbərliyinin, millət vəkillərinin və Aparat işçilərinin iştirakı ilə Azərbaycan Parlamentinin yüz illiyinə həsr olunmuş "Azərbaycan parlamentarizmi tarixi” kitabının (bircildliyinin) təqdimatı keçirilir.

7News.Az-ın xəbərinə görə, MM sədrinin müavini Bahar Muradova ilk öncə başa çatmaqda olan  2018-ci ilin həyəcanlı və əlamətdar il olduğunu bildirib.

Qeyd edib ki, 2018-ci il ölkə prezidenti İlham Əliyevin tarixi sərəncamı ilə "Cümhuriyyət İli” elan edilib və ötən bir il ərzində də Azərbaycan Xalq Cümhuriyyətinin (AXC), Azərbaycan Parlamentinin 100 illiyi ilə bağlı ən müxtəlif və yüksək səviyyəli tədbirlər keçirilib.

Onun sözlərinə görə, həmin tədbirlər sırasında ilk növbədə bu ilin mayın 27-də AXC-nin yüz illiyi və sentyabr ayının 21-də Azərbaycan Parlamentinin bir əsrlik tarixi ilə bağlı keçirilən möhtəşəm tədbirlər gəlir.

B.Muradova bildirib ki, sentyabrın 21-də ölkə prezidentinin iştirakı ilə MM-də Azərbaycan Parlamentin 100 illiyinə həsr olunmuş xüsusi və təntənəli iclas keçirilib.

Vitse-spiker ötən dövrdə Azərbaycan Parlamentinin 100 illiyi ilə bağlı geniş tərtibatlı kitabın (bircildliyin) hazırlanmasına başlanıldığını və onun bir il yarım ərzində ərsəyə gətirildiyini diqqətə çatdırıb.

B.Muradovanın dediyinə görə, kitabın hazırlanması işi millət vəkili, tanınmış tarixçi Musa Qasımlıya həvalə olunub və qısa müddət ərzində Azərbaycan parlamentarizminin tarixi ilə bağlı məlum kitab hazırlanıb, ortaya qoyulub.

"İnanıram ki, bu kitab hər bir millət vəkilinin stolüstü kitabı olacaq, eyni zamanda, gələcək elmi-tarixi tədqiqatlar üçün gözəl bir mənbə rolunu oynayacaq”, - deyə B.Muradova fikirlərini tamamlayıb.

MM-in Elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəyli də bugünkü təqdimatı tarixi hadisə adlandırıb və bildirib ki, bu, AXC, Azərbaycan Parlamenti tarixinə ən gözəl hədiyyələrdən biridir.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ