RU
Azərbaycan pasportları İŞİD-də - VİDEO
10:43
352

Azərbaycan pasportları İŞİD-də - VİDEO

İraq hərbçiləri "Twitter” hesablarında Mosulda İŞİD sıralarında döyüşən xarici vətəndaşların pasportlarının videosunu paylaşıblar. 

Keçən ilin oktyabr ayından Mosulda "İslam dövləti” terror qruplaşmasına qarşı əməliyyat aparılır. 

Videoda tapılan pasportlar arasında ən azı iki azərbaycanlının pasportu da var. Azərbaycan vətəndaşlarının pasportlarının nə zaman və hansı şəraitdə tapıldığı məlum deyil. 

Amma İraq hərbçilərinin əməliyyatlar nəticəsində məhv edilmiş yaraqlıların pasportlarını nümayiş etdirdikləri ehtimal edilir. Azərbaycan pasportlarından başqa videoda Rusiya və bir sıra ərəb ölkələrinin pasportlarını da görmək mümkündür. //haqqin.az

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ