RU
Azərbaycan polisi gücləndirilmiş iş rejiminə keçdi
13:37
427

Azərbaycan polisi gücləndirilmiş iş rejiminə keçdi

Ramil Usubov əmr imzalayıb.

Azərbaycan polisi gücləndirilmiş iş rejiminə keçdi, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib.

Bununla bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, noyabrın 1-də Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə əlaqədar polis oktyabrın 28-dən noyabrın 3-dək gücləndirilmiş iş rejimində xidmət aparacaq.

Seçki günü ictimai asayişin təmin edilməsi ilə əlaqədar olaraq post-patrul xidməti naryadlarının sayı artırılacaq./oxu

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ