Topaz Premyer Liqasının yeni mövsümün ilk turuna yekun vurulub.
7news.Az xəbər verir ki, turun yekun matçında “Qəbələ” Gəncənin “Kəpəz” klubunu qəbul edib
“Dalğa Arena”da keçirilən qarşılaşma Roman Qriqorçukun yetirmələrinin 2:0 hesablı qələbə ilə yekunlaşıb.
“Qəbələ”nin Tellur Mütəllimov və Baqali Dabo müvafiq olaraq 58 və 79-cu dəqiqələrdə fərqləniblər.
Qeyd edək ki, turun digər oyununda “Neftçi” AZAL-ı 2:0, “Sumqayıt” “Zirə”ni 1:0, “İnter” isə “Qarabağ”ı 2:1 hesabı ilə məğlub edib.
7news.Az








