Futbol üzrə Azərbaycan Premyer Liqasının XIII tur matçlarından öncə bir dəqiqəlik sükut elan olunacaq.
7news.Az xəbər verir ki, bu barədə Report-a Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev məlumat verib.
R.Musayevin sözlərinə görə, 25 yaşında ikən dünyasını dəyişmiş azərbaycanlı futbolçu Şəhriyar Xəlilovun xatirəsi turun bütün qarşılaşmalarından öncə yad olunacaq.
7news.Az








