RU
Azərbaycan prezidenti ABŞ-la imzalanmış sazişi təsdiqləyib
19:48
584

Azərbaycan prezidenti ABŞ-la imzalanmış sazişi təsdiqləyib

Prezident sərəncam imzaladı.

Azərbaycan prezidenti İlham ƏliyevAzərbaycan ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında vergi tələblərinin yerinə yetirilməsini nəzərdə tutan sazişi təsdiq edib.

7news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə əsasən, Azərbaycan prezidenti 2015-ci il sentyabrın 9-da Bakıda imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında vergi tələblərinin yerinə yetirilməsi üzrə beynəlxalq qaydalara əməl olunmasının yaxşılaşdırılması və Xarici Hesablar üzrə Vergi Əməletməsi Aktı (Foreign Account Tax Compliance Act – FATCA) tələblərinin həyata keçirilməsi barədə” sazişin təsdiq edilməsi barədə qanunu imzalayıb.

Oktyabrın 20-də keçirilən Milli Məclisin IV çağırışda son plenar iclasında İclasda millət vəkilləri “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında vergi tələblərinin yerinə yetirilməsi üzrə beynəlxalq qaydalara əməl olunmasının yaxşılaşdırılması və Xarici Hesablar üzrə Vergi Əməletməsi Aktı (Foreign Account Tax Compliance Act - FATCA) tələblərinin həyata keçirilməsi barədə” qanun qəbul edilib.

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ