RU
Azərbaycan prezidenti Aİ nümayəndəsi ilə Qarabağ məsələsini müzakirə edib
13:59
461

Azərbaycan prezidenti Aİ nümayəndəsi ilə Qarabağ məsələsini müzakirə edib

 Azərbaycan prezidenti İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salberin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
 
7News.Az-ın məlumatına görə, görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı gedən proseslər müzakirə edilib, Ermənistanın qeyri-konstruktiv mövqe tutaraq bu münaqişənin həllinə daim əngəl yaratdığı vurğulanıb.
 
Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində həmsədrlərin və beynəlxalq birliyin rolu ətrafında fikir mübadiləsi aparılıb.


 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ