RU
Azərbaycan prezidenti Babək rayonunda məktəbin açılışında iştirak edib
20:34
429

Azərbaycan prezidenti Babək rayonunda məktəbin açılışında iştirak edib

Azərbaycan prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Babək rayonunun Nehrəm kənd 2 saylı tam orta məktəbinin açılışında iştirak edib.
Dövlət başçısı məktəbin rəmzi açılışını bildirən lenti kəsib.

Prezidentə məlumat verilib ki, Nehrəm kənd 2 saylı tam orta məktəbi muxtar respublikada tikilən və ya əsaslı şəkildə təmir olunan çoxsaylı təhsil müəssisələrindən biridir. Ümumi sahəsi 5165 kvadratmetr olan məktəbin binası dörd mərtəbəlidir. Burada 990 şagird təhsil alır.

Qeyd edilib ki, muxtar respublikanın 221 məktəbi eyni vaxtda birbaşa Naxçıvan şəhərindəki Bayraq meydanı ilə canlı bağlantı yarada bilir, bu da telekörpü vasitəsilə müxtəlif mövzularda dərslərin keçirilməsinə imkan verir. Nehrəm kənd 2 saylı tam orta məktəbi də həmin sistemə qoşulub.

7news.az

 
 
 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ