RU
Azərbaycan prezidenti Qəbələnin yol tikintisinə vəsait ayırdı
20:45
919

Azərbaycan prezidenti Qəbələnin yol tikintisinə vəsait ayırdı

Azərbaycan prezidentiİlham Əliyev Qəbələ rayonunun Nohurqışlaq-Tüntül-Yengicə avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
 
7news.Az-ın məlumatına görə, 7 min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Nohurqışlaq-Tüntül-Yengicə avtomobil yolunun tikintisi məqsədi ilə Prezidentin ehtiyat fondundan “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə 5,2 milyon manat ayrılıb.
 
Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ