Aprelin 2-də Azərbaycan Prezidentinin yanında Təhlükəsizlik Şurasının iclası çağırılıb.
İclasda Milli Məclisin sədri Oqtay Əsədov, baş nazir Artur Rasizadə, xarici işlər naziri Elmar Məmmədyarov, müdafiə naziri Zakir Həsənov, DTX rəhbəri Mədət Quliyev, daxili işlər naziri Ramil Usubov, DSX rəhbəri Elçin Quliyev, DMX rəhbəri Vaqif Axundov və digər rəsmi şəxslər iştirak edir.
7news.Az «AzərTAc» agentliyinə istinadən xəbər verir ki, iclasın işi haqqında əlavə məlumat veriləcək.
------
Prezidentin mətbuat xidməti məlumat yaydı.
Bu gün Azərbaycan prezidenti İlham Əliyevin yanında Təhlükəsizlik Şurasının iclası çağırılıb.
7news.Az-ın məlumatına görə, bu barədə Azərbaycan prezidentinin mətbuat xidməti məlumat yayıb.
Məlumatda qeyd olunub ki, iclasın işi haqqında əlavə məlumat veriləcək.
7news.Az










