RU
Azərbaycan prospektindəki binada yanğın
20:18
610

Azərbaycan prospektindəki binada yanğın

Bakının Azərbaycan prospektində yaşayış binasında baş vermiş yanğın söndürülüb.

7news.az-ın məlumatına görə, axşam saat 18:00 radələrində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürən briqadaları tərəfindən qısa zamanda lokallaşdırılıb.

Dərhal binaya qaz və elektrik verilişi dayandırılıb.

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin növbətçi hissəsindən Trend-ə verilən məlumata görə, yanğın söndürülüb. Yanğının səbəbləri araşdırılır.

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ