RU
Azərbaycan qadınlarını Türkiyədə satan cəzalandırıldı
15:34
508

Azərbaycan qadınlarını Türkiyədə satan cəzalandırıldı

Azərbaycanlı qadınları fahişəliyə cəlb etməkdə təqsirli bilinən Vilayət Məsimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

7News.Az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İradə Həsənzadənin sədrliyi ilə baş tutan prosesdə hökm oxunub. 

Hökmə əsasən, V.Məsimov dörd il müddətinə azadlıqdan məhrum edilib. 

İttihama görə, Vilayət Məsimov Azərbaycan vətəndaşı olan bir qadını Türkiyəyə aparıb və orada fahişəliyə məcbur edilməsində iştirakçı olub.

Vilayət Məsimov qadın alveri ilə məşğul olan dəstənin üzvü olub. O, Azərbaycan vətəndaşı olan Səbinə Əhmədovanı (ad və soyad şərti verilib – red.) Türkiyədə olan dəstənin digər üzvlərinə təhvil verib.

Dəstənin digər üzvləri Səbinə Əhmədovanı Türkiyədə kişi müştərilərlə görüşdürüb, cinsi əlaqədə olması müqabilində maddi gəlir əldə ediblər.

Qadın Azərbaycana qayıdandan sonra İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə şikayət edib. Onun şikayəti əsasında Vilayət Məsimov həbs edilib.

İstintaq orqanı tərəfindən Vilayət Məsimovun barəsində Cinayət Məcəlləsinin 144-1.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən insan alveri törətmək) maddəsi ilə ittiham elan edilib.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ