Danimarka İsveçrəni siyahıda qabaqlayaraq dünyanın ən xoşbəxt ölkəsi olub.
7News.az “Reuters”-ə istinadən xəbər verir ki, bu barədə BMT-nin dayanaqlı inkişaf yolunun hazırlanması təşkilatı və Kolumbiya Universitetinin Yer İnstitutu ilə birgə hazırladığı hesabatda bildirilir.
Azərbaycan siyahıda 81-ci yerdə qərarlaşaraq Ermənistan (121) və Gürcüstanı (126) qabaqlayıb. Qonşularımızdan Türkiyə 78-ci, İran isə 105-cidir.
Araşdırmaya əsasən Suriya, Əfqanıstan, həmçinin Saharadan cənubda olan digər 8 ölkə dünyanın ən azı xoşbəxt olan ölkələri siyahısındadır.
Dünyanın ən xoşbəxt 10 ölkəsi siyahısına Danimarka, İsveçrə, İslandiya, Norveç, Finlandiya, Kanada, Hollandiya, Yeni Zelandiya, Avstraliya və İsveç daxildir.








