Sahibkarların Regional Palatasında Qərbi Qazaxıstanın biznes nümayəndələri ilə Azərbaycan heyəti arasında görüş keçirilib.
Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov bildirib ki, Azərbaycanın "Azersun Holding"i Aktauda iki ölkə arasında idxal-ixrac əməliyyatlarının artmasına imkan verən böyük logistika mərkəzi tikib.
Həmçinin, R.Məmmədov qeyd edib ki, Qazaxıstanla Azərbaycan arasında turizm əlaqələri yaxşı inkişaf edib. Son il ərzində Azərbaycana səfər edən qazax turistlərinin sayı 17% artıb: "Tursitlərin cəlb edilməsi üçün böyük həcmdə investisiyalar yatırılıb. Xizək turizmi inkişaf etdirilib".
Bundan başqa, konfrans çərçivəsində ət, taxıl, un məhsullarının alınması və qaz sahəsində əməkdaşlığa dair müzakirələr aparılıb.
7News.az








