RU
Azərbaycan qazının Gürcüstana nəqlində yaranmış problemlər müzakirə edilib
23:14
293

Azərbaycan qazının Gürcüstana nəqlində yaranmış problemlər müzakirə edilib

Rövnəq Abdullayev Kaxa Kaladze ilə görüşüb.

Bu gün Gürcüstan Baş nazirinin müavini və energetika naziri Kaxa Kaladzenin rəhbərlik etdiyi nümayəndə heyəti Bakıya səfər çərçivəsində Azərbaycan Dövlət Neft Şirkətində (SOCAR) olub.

Bu barədə SOCAR-dan  bildirilib. 

Məlumata görə, şirkətin prezidenti Rövnəq Abdullayevlə aparılan danışıqlarda ikitərəfli əməkdaşlıq məsələləri, Cənub Qaz Dəhlizinin inkişaf perspektivləri, Cənubi Qafqaz Boru Kəmərinin Gürcüstan ərazisindən keçən hissəsinin tikintisinin gedişi, həmçinin Azərbaycan qazının Gürcüstana nəqlində yaranmış problemlər və onların həll yolları müzakirə olunub. Tərəflər danışıqların və müntəzəm görüşlərin davam etdirilməsi barədə razılığa gəliblər.  

7news.az 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ