RU
Azərbaycan Qətərə ət sata bilər
15:57
1008

Azərbaycan Qətərə ət sata bilər

“Onların maraq göstərdikləri sahələrdən biri də qoyunçuluqdur”.

Qətər Azərbaycanda bir neçə sektora maraq göstərir.

7News.Az xəbər verir ki, bu sözləri kənd təsərrüfatı naziri Heydər Əsədov jurnalistlərə deyib.

“Biz onlara müştərək müəssisə yaratmaq, yaxud logistik mərkəzləri burda inşa edərək Azərbaycandan məhsulları alıb Qətərə daşımaqla bağlı öz təklifimizi bildirdik. Eləcə də onların burada nümayəndəlik açıb, yerli iş adamları, yaxud fermerlər ilə müqavilə bağlayaraq məhsulu alıb Qətərə idxal etmək və digər bu aspektlərdə müzakirəmiz oldu”.

Onun sözlərinə görə, Azərbaycanda ət məhsullarının keyfiyyəti Qətəri daha çox cəlb edir:

“Onların maraq göstərdikləri sahələrdən biri də qoyunçuluqdu. Əsasən, Azərbaycanda iribuynuzlu heyvanların, ət məhsulların keyfiyyəti onları daha çox cəlb edir. Onlar bu istiqamətdə maraqlıdırlar. Biz onlara bu məhsulun alışını təşkil edib, Qətərə göndərmək imkanına malik olduğumuzu bildirmişik”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ