RU
Azərbaycan qızılı və gümüşündən hazırlanan külçələrin - QİYMƏTİ
12:41
925

Azərbaycan qızılı və gümüşündən hazırlanan külçələrin - QİYMƏTİ

"AzerGold” QSC Azərbaycan qızılı və gümüşündən istehsal edilən külçə və sikkələri təqdim edib. İlkin mərhələdə sikkələr Heydər Əliyev Mərkəzi, Qobustan qayaüstü rəsmləri və Qarabağ xalçasının naxışı "Çələbi” olmaqla, üç müxtəlif dizaynda tərtib edilib.

Oxu.Az xəbər verir ki, 5, 10 və 20 qram çəkidə istehsal edilən sikkə və külçələrin satışı ölkənin zərgərlik mağazaları vasitəsilə həyata keçiriləcək.

Sikkə və külçələrin qiymətləri aşağıdakı şəkildədir:

Sikkələr

5 qr qızıl sikkə (əyar 999.9) – 700.00 manat

10 qr qızıl sikkə (əyar 999.9) – 1350.00 manat

20 qr qızıl sikkə (əyar 999.9) – 2550.00 manat

5 qr gümüş sikkə (əyar 999.9) – 120.00 manat

10 qr gümüş sikkə (əyar 999.9) – 190.00 manat

20 qr gümüş sikkə (əyar 999.9) – 260.00 manat

Külçələr

5 qr qızıl külçə (əyar 999.9) – 650.00 manat

10 qr qızıl külçə (əyar 999.9) – 1300.00 manat

20 qr qızıl külçə (əyar 999.9) – 2500.00 manat

Qeyd edək ki, növbəti mərhələlərdə üzərində digər tarixi hadisələr, memarlıq və tarixi abidələr, həmçinin, milli incəsənət nümunələri həkk olunan sikkələrin istehsalı nəzərdə tutulub.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ