RU
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu
17:23
972

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu

Dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı peşəkar kadrların yetişdirilməsindən, gənclərin cəmiyyətin bütün sferalarında iştirakından, onların aparıcı qüvvəyə çevrilməsindən çox asılıdır. Gənclərin potensialından düzgün istifadə, bu istiqamətdə siyasətin doğru qurulması heç şübhəsiz ki, həmin dövlətin gələcəyinin sığortasıdır. 

7News.az-ın məlumatına görə bugün Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 4 yaşı tamam olur. 

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu 19 dekabr 2011 - ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü və Sərəncamı ilə yaradılmışdır. Bugünə qədər yüzlərlə fərdi gəncin və təşkilatın təşəbbüslərini dəstəkləyən Gənclər Fond qısa müddətdə böyük uğurlara imza atıb.  

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ