Seminarda vergi məcəlləsində olan son dəyişiklər və bu dəyişikliklərin qeyri hökümət gənclər təşkilatlarına aid olan hissəsi, gələcəkdə gənclər təşkilatlarının vergi hesabatlarında hansı yeniliklərə xüsusi diqqət yetirməsi və bu sahədə mövcud problemlərin aradan qaldırılması mövzusunda gənclər təşkilatlarınına məlumat verilmişdir.
Görüşdə Vergilər Nazirliyinin vergi siyasəti və strateji araşdırmalar departamentinin baş direktorunun müavini Nicat İmanov Vergilər Nazirliyinin son islahatları ilə bağlı məlumat vermiş və gənclər təşkilatlarınə təsir edən dəyişkilərlə bağlı sualları cavablandırmışdır.
Gənclər Fondu gələcəkdə digər aidiyyəti qurumlarla birlikdə görüşlərin keçirilməsini də planlaşdırır.
7News.az











