RU
Azərbaycan Rusiya, Gürcüstan, ABŞ-la eyni qrupda
22:15
952

Azərbaycan Rusiya, Gürcüstan, ABŞ-la eyni qrupda

16-17 fevral 2017-ci il tarixdə İranın Kirmanşah şəhərində sərbəst güləş üzrə Dünya Kuboku yarışları keçiriləcək.

Bu gün Dünya Güləş Birliyinin prezidenti Nenad Laloviçin iştirakı ilə yarışın püşkatma mərasimi keçirilib.

Yığma komandamız Rusiya, Gürcüstan və ABŞ idmançıları ilə A yarımqrupunda mübarizə aparacaq. İran, Türkiyə, Hindistan və Monqolustan komandaları isə B yarımqrupunda yarışacaq.

Fevralın 16-da yarımqrup görüşləri, 17 fevralda isə final görüşləri keçiriləcək.

Məlumat üçün bildirək ki, ötən il keçirilən analoji yarışda sərbəst güləşçilərimiz yarışları 5-ci yerdə başa vurub. Buna qədər isə sərbəst güləşçilərimiz iki dəfə - 2004 və 2009-cu illərdə Dünya Kubokunun sahibi olub.

 

7news.Az

 

 


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ