RU
“Azərbaycan Rusiya-Türkiyə gərginliyini aradan qaldıracaq ən real vasitəçidir”
17:18
941

“Azərbaycan Rusiya-Türkiyə gərginliyini aradan qaldıracaq ən real vasitəçidir”

“Rusiya və Azərbaycan strateji əməkdaşlıq çərçivəsində bir çox sahələr üzrə birgə fəaliyyət göstərirlər. Sergey Lavrovun Azərbaycana səfəri isə bir daha ölkələrimiz arasında olan münasibətlərə müsbət rəng qatacaq”.

Bu fikirləri açıqlamasında ASGA Analitik Təhlil Mərkəzinin rəhbəri, ekspert Azər Verdiyev deyib.

Onun sözlərinə görə, Rusiya XİN rəhbərinin Azərbaycana səfəri zamanı regionda baş verən proseslər müzakirə mövzusu olacaq: “Buraya Dağlıq Qarabağ münaqişəsi, eyni zamanda Rusiya-Türkiyə münasibətlərindəki gərginlik və s. məsələləri aid etmək olar. Azərbaycan Rusiya-Türkiyə gərginliyini aradan qaldıracaq ən real vasitəçi ölkədir. Ölkəmizin rəsmi qurumları da hər iki ölkə arasında olan gərginliyin aradan qaldırılmasında maraqlı olduqlarını bəyan ediblər. Ümumiyyətlə, Azərbaycan balanslı xarici siyasət kursunu əsas tutur. Ölkəmiz üçün ən strateji problem Dağlıq Qarabağ problemidir. Bu problemin həllində Rusiya kifayət qədər gücə malikdir”. /sia.az

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ