Bu fikirləri Zaur Mirzə-zadə Prezident İlham Əliyevin sərəncamı ilə Konstitusiyada dəyişikliklər edilməsi məqsədilə bu il sentyabrın 26-da keçiriləcək referendumla bağlı danışarkən deyib.
Hər bir ölkənin Konstitusiyası özünəməxsusdur və ölkənin tarixi, inkişafı, ənənələri ilə üzvi surətdə bağlıdır. Hər bir dövlət xalqın və cəmiyyətin maraqları baxımından prioritet verdiyi müddəaları Konstitusiyaya daxil edilməlidir. Konstitusiya islahatı Prezident İlham Əliyevin müəyyən etdiyi iqtisadi şaxələndirmə siyasəti daha da təkmilləşdirəcək.Ölkəmizin bütün sahələri inkişaf etdikcə Konstitusiyamızda müəyyən dəyişikliklərin olması vacibdir. Ötən 20 il ərzində Konstitusiyaya bir neçə dəfə əlavə və deyişikliklər edilib ki, bunun da səmərəsinin şahidiyik. 26 sentabrda keçiriləcək referendum ölkəmiz və xalqımız üçün səmərəli olacağı şübhəsizdir, və Azərbaycan xalqı dövlətimizin inkişafı, dövlətçiliyimizin möhkəmləndirilməsi üçün uğurlu daxili və xarici siyasət yürüdən Prezident İlham Əliyevin təşəbbüsünə səs verəcək ./Xaql.az
7news.Az








