RU
Azərbaycan səfiri etimadnaməsini Keniya prezidentinə təqdim edib
15:39
1020

Azərbaycan səfiri etimadnaməsini Keniya prezidentinə təqdim edib

Azərbaycanın Efiopiyadakı fövqəladə və səlahiyyətli səfiri Elman Abdullayev etimadnaməsini Keniya prezidenti Uhuru Kenyattaya təqdim edib.

Xarici İşlər Nazirliyindən verilən məlumata görə, görüş zamanı E. Abdullayev Afrika qitəsinin aparıcı dövlətlərindən biri olan Keniya ilə ikitərəfli münasibətlərin inkişafı üçün böyük potensialın olduğunu və bu münasibətlərin yeni müstəviyə qaldırılması üçün ardıcıl səylərin göstəriləcəyini bildirib. 

U. Kenyatta isə ölkəmizlə münasibətlərin inkişafında maraqlı olduğunu vurğulayıb./apa

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ