RU
“Azərbaycan Tarixinin Gənclər Arasında Təbliği” layihəsi başa çatıb
16:38
355

“Azərbaycan Tarixinin Gənclər Arasında Təbliği” layihəsi başa çatıb

Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə fiziki şəxs Ramil Həsənovun "Azərbaycan Tarixinin Gənclər Arasında Təbliği” layihəsi yekunlaşıb.

Qazax rayonu 2-ci Şıxlı kəndində baş tutan "AzərbaycanTarixinin Gənclər Arasında Təbliği” layihəsi uğurla həyata keçirilib. Paytaxt Bakıdan gedən tarixçilərimiz, eləcə də Qazax rayonu nziyalılarının iştirak etdiyi tədbir 2-ci Şıxlı orta məktəbində baş tutub.

İlk olaraq Qazax rayon 2-ci Şıxlı orta məktəbinin direktoru S.Rafiq müəllim qonağları və şagirdləri salamlayıb, Azərbaycanın qədim dövrdən bu günümüzə qədər olan köklü tarixi haqqında şagirdlərə məlumat verib.

O bildirib ki, əsası Ulu Öndər tərəfindən qoyulan Azərbaycan Respublikasının hər bir vətəndaşı öz tarixi haqqında dərin biliklərə yiyələnməlidir. Daha sonra Qarabağ döyüşlərində iştirak etmiş qazaxlı igidlərə söz verilib. Onlar da şagirdlərə öz təcrübələri haqqında, vətəni sevmək, ona bağlı olmaq haqqında məlumatlar veriblər.

Tədbirin sonunda xatirə şəkili çəkdirilib.

 

7News.az

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ