RU
Azərbaycan Türkiyəyə stasionar generatorlar göndərib - FOTO
11:17
767

Azərbaycan Türkiyəyə stasionar generatorlar göndərib - FOTO

Azərbaycandan Türkiyəyə stasionar generatorlar göndərilib.

Bu barədə 7News.Az-a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, Türkiyədə baş vermiş zəlzələdən zərər çəkən insanlara dəstək tədbirlərinin icrası davam etdirilir.

Mühəndis Qoşunlarının təminatından qardaş ölkəyə yüksək gərginlikli generatorlar göndərilib.

Fasiləsiz elektrik enerjisinin təminatı məqsədilə göndərilən generatorlar nəqliyyat vasitəsilə Türkiyəyə yola salınıb.

 


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ