RU
Azərbaycan Universitetində yeyinti
11:07
2585

Azərbaycan Universitetində yeyinti

Professor Xaləddin İbrahimli Azərbaycan universitetinin ona bir illik maaşını ödəməmələrindən şikayətçidir.

Bu barədə məlumat verən X. İbrahimli bildirib ki, univerisitet bir ildir ona maaşını ödəmir: “2014-2015-tədris ilində iki dissertantın elmi rəhbəri olmuşam. Buna görə mənə bir manat da verməyiblər. Hər dəfə “gələn ay verəcəyik” deyərək aldadırlar. Təxminən 1 il üçün mənə 2000 manat pul ödəməlidirlər. Hər ay hansısa sənədin yenidən hazırlanacağını bəhanə edirlər. Gah deyirlər ki, müqavilə olmayıb-müqavilə bağlanandan sonra deyirlər ki, düzgün hesablanmayıb, yenidən hesablanmasına ehtiyac var”.

Professor problemin universitetin keçmiş rektoru Eldar Qəhrəmanovun dövründə baş verdiyini qeyd edib: “Yeni rektor Fərid Əhmədov da bu gün-sabah deyərək problemin həllini yubadır”.

Məsələ ilə bağlı universitetin ictimaiyyətlə əlaqələr şöbəsi ilə əlaqə saxlanılıb. Bildirilib ki, Xaləddin İbrahimlinin iddia etdiyi kimi ona ödənilməli olan məbləğ 2000 manat deyil: “Bu rəqəm 500 manat təşkil edir. Biz onunla danışmışdıq və demişdik ki, bir neçə günə məbləğ onun hesabına köçürələcək. Artıq qeyd olunan məbləğ onun hesabına köçürülüb”./qafqazinfo

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ