RU
Azərbaycan və Belarus avtomobil əlaqələrini genişləndirir
14:04
1404

Azərbaycan və Belarus avtomobil əlaqələrini genişləndirir

Protokol imzalandı.

Belarus Respublikasının Minsk şəhərində  Azərbaycan və Belarus arasında beynəlxalq avtomobil əlaqələri sahəsində Belarus-Azərbaycan Qarışıq Komissiyasının növbəti iclası keçirilib.

Azərbaycan Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən7news.Az-a verilən məlumata görə, iclasda ölkələrimiz arasında həyata keçirilən beynəlxalq avtomobil daşımalarının hazırkı vəziyyəti müzakirə edilib.

Görüşdə həmçinin qarşılıqlı tərəfdaşlığın inkişafı, daşımalar zamanı yaranan problemlər və onların aradan qaldırılması yolları, daşımaların inkişaf perspektivləri, 2016-2017-ci illərdə beynəlxalq avtomobil daşımalarının həyata keçirilməsi üçün “İcazə” blanklarının kontingentinin müəyyən edilməsi, ticari-iqtisadi statistik məlumatların mübadiləsi, hər iki ölkənin avtodaşıyıcılarının iş şəratinin yaxşılaşdırılması və s. digər zəruri məsələlər müzakirə edilərək razılaşdırılıb.

İclasın yekununda müvafiq Protokol imzalanıb.

 7news.Az

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ