Müzakirələr aparılıb.
Fevralın 4-də Bosniya və Herseqovinanın Sarayevo şəhərində Azərbaycan Respublikası Hökuməti və Bosniya və Herseqovina Nazirlər Şurası arasında Beynəlxalq Avtomobil Əlaqələri haqqında Sazişin son mətninin müzakirələri keçirilib.
7news.az xəbər verir ki, müzakirələrdə Azərbaycan tərəfi nümayəndə heyətinin rəhbəri Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəis müavini İbrahim Əliyev, Nəqliyyat Nazirliyinin Nəqliyyatda Əlaqələndirmə sektorunun müdiri Ravil İsgəndərov və Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Beynəlxalq Əməkdaşlıq və Daşımalar sektorunun müdiri Hidayət Aslanov, Bosniya və Herseqovina tərəfi isə nümayəndə heyətinin rəhbəri Bosniya və Herseqovinanın Kommunikasiya və Nəqliyyat Nazirliyinin Nəqliyyat Departamentinin müdiri, nazirin köməkçisiZoran Andriç, Nəqliyyat sektorunun Beynəlxalq Əməkdaşlıq üzrə mütəxəssisi Miroslav Deriç, Hüquq və Maliyyə məsələləri sektorunun beynəlxalq sazişlər üzrə mütəxəssisi xanım Zoriça Plakaloviç və başqaları təmsil edib.
7news.az








