RU
Azərbaycan və Böyük Britaniya arasında hərbi əməkdaşlıq Planı imzalandı
21:45
238

Azərbaycan və Böyük Britaniya arasında hərbi əməkdaşlıq Planı imzalandı

Nazirlik məlumat yaydı.

Yanvarın 11-də Londonda Azərbaycanla Böyük Britaniya Müdafiə nazirlikləri arasında qərargah danışıqları keçirilib. 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, danışıqlar zamanı ikitərəfli hərbi əməkdaşlığın cari vəziyyəti və perspektiv istiqamətləri nəzərdən keçirilib. Yekunda “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Birləşmiş Krallığın Müdafiə Nazirliyi arasında 2016/2017-ci maliyyə ili üzrə hərbi əməkdaşlıq Planı” imzalanıb.

İllik əməkdaşlıq Planı əsasən təlim-təhsil sahəsindəki ikitərəfli fəaliyyətləri, o cümlədən dil hazırlığı, zabitlərin təkmilləşdirmə kursları və sülhməramlı əməliyyatlara hazırlıq üzrə treninqlər daxil olmaqla Azərbaycanda və Böyük Britaniyada təşkil olunacaq 17 müxtəlif tədbirin icrasını nəzərdə tutur./oxu

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ