RU
Azərbaycan və Dağıstan birinci yeri tutdular
00:52
1450

Azərbaycan və Dağıstan birinci yeri tutdular

Dekabrın 8-də Azərbaycan Dövlət Musiqili teatrında Azərbaycan KVN-nin regional liqasının ikinci mövsümünün final oyunları keçirildi.

Çempionluq uğrunda Azərbayandan, Qazaxstandan və Rusiyadan ümumilikdə 10 komanda mübarizə aparırdı. Qeyd edək ki, qalib gələn komanda 2016-ci ilin yanvar ayında Soçidə keçiriləcək çempionlar kubokunda KVN liqasını təmsil etmək hüququ qazanırdı.

Elə bu səbəbdən də, iştirak edən komandalar öz tamaşaçılarına yumor və əyləncə dolu anları layiqincə yaşada bildilər.

Bununla yanaşı KVN yarışmasını jurisiz təsəvvür etmək olmaz. Beləliklə komandaların final oyununu “Parni iz Baku” KVN komandasının aktyorları İlqar Nəbiyev və Yana Nikitina, “Nə? Harada? Nə zaman?” elitar klubunun bilicisi Balaş Qasımov, tanınmış bəstəkat və prodyuser İsa Məlikov, şən və bacarıqlı Azərbaycan klubunun rəhbəri Rəşad Əzizov qiymətləndirirdi.

Jurinin seçiminə görə finalda kiçik kuboku ADİU-nun “Wallstreet” komandası və mövsümün sonuna yaxın fəallaşan “ASAN” komandası qazandılar. Ortancıl kuboku ATU-nun “Politex” və Dağıstanın “Dobrıye ludi” komandası qazandı. Böyük kubok isə Qazaxsatanın “Kapital” komandasına layiq görüldü. Qeyd edək ki, 2015-ci il ərzində keçirilən oyunlarda komandalara xal verildiyinə görə, final oynunda bu xallar toplanırdı. Və nəticədə çempion adı eyni zamanda iki komanda qazandı: “ Sbornaya BQU” (Azərbaycan) və “Dobriye ludi” ( Dağıstan).

Sonda Rəşad Əzizovun qeyd etdiyinə görə son iki ərzində Azərbaycan komandaları yüksək sürətlə inkişaf etmişdir və yumor baxımından hətta ən kaprizli tamaşaçını belə qanə edə bilirlər.

KVN liqası 2014-cü idlə Azərbaycan Respublikası gənclər və idman Nazirliyinin dəstəyi ilə yaranmışdır.
Aparıcısı Aleksandr Maslyakov, baş redaktoru isə Dmitriy Kolçindir.

Final tezliklə “AZTV” dövlət kanalında yayımlanacaq.

7news.az

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ