RU
Azərbaycan və Ermənistan xarici işlər nazirləri Hamburqda görüşəcək
17:45
538

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Hamburqda görüşəcək

Azərbaycan və Ermənistan xarici işlər nazirləri dekabr ayında Hamburqda görüşəcəklər.

7news.Az "Ria Novosti"yə istinadən xəbər verir ki, bu barədə məlumatı Minsk qrupunun həmsədri Ceyms Uorlik yayıb.

Uorlik bildirib ki, münaqişənin həllinə dair əsas məsələlər üzərində vacib danışıqların davam etdirilməsi üçün bu görüşü səbrsizliklə gözləyir. Həmsədr eyni zamanda bəyan edib ki, onlar müntəzəm olaraq prezident və nazirlərlə əlaqə saxlayırlar və istənilən vaxt görüş təşkil edə bilərlər.

Qeyd edək ki, ATƏT-ə üzv ölkələrin xarici işlər nazirlərinin şura iclası Hamburqda 8-9 dekabr tarixləri arasında keçiriləcək.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ