Ölkələr müxtəlif istiqamətlərdə əməkdaşlıq edəcəklər.
Azərbaycan Prezidenti İlham Əliyev və Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili Davosda keçirilən Ümumdünya İqtisadi Forumu çərçivəsində görüşüblər.
7News.Az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin administrasiyasından bildirilib.
Görüşdə tərəflər mehriban qonşuluq münasibətlərinin inkişafı və strateji əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Tərəflər, həmçinin Azərbaycan və Gürcüstan arasında əməkdaşlığın müxtəlif istiqamətlərdə dərinləşdirilməsi istəklərini dilə gətiriblər.








