RU
Azərbaycan və İran arasında Şimal-Cənub Nəqliyyat Dəhlizi ilə bağlı imzalanmış sənəd təsdiq edildi
17:10
575

Azərbaycan və İran arasında Şimal-Cənub Nəqliyyat Dəhlizi ilə bağlı imzalanmış sənəd təsdiq edildi

Prezident İlham Əliyev Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin reallaşdırılması sahəsində əməkdaşlıq haqqında 2016-cı il avqustun 7-də Bakı şəhərində imzalanmış Niyyət Protokolunun təsdiq edilməsi barədə fərman imzalayıb.

Nazirlər Kabinetinə bu Niyyət Protokolunun müddəalarının həyata keçirilməsi üçün tədbirlər görmək tapşırılıb.

Azərbaycan Xarici İşlər Nazirliyi Niyyət Protokolunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə İran İslam Respublikası Hökumətinə bildiriş göndərəcək.

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ