7NEWS.az xəbər verir ki, Prezident İlham Əliyev Bakının Heydər Əliyev Beynəlxalq Aeroportunda İtaliyanın "Leonardo” şirkətinin istehsalı olan "C-27J Spartan” təyyarəsinə baxıb. Prezident Əliyevi Azərbaycanın müdafiə naziri Zakir Həsənov, İtaliyanın müdafiə naziri Gido Krosetto, İtaliyanın xarici işlər nazirinin müavini Edmondo Çirielli və "Leonardo” şirkətinin rəhbərləri müşayiət ediblər.
7NEWS.az








