RU
Azərbaycan və İtaliyanın hərbi ekspertləri danışıqlar aparıblar
20:36
541

Azərbaycan və İtaliyanın hərbi ekspertləri danışıqlar aparıblar

"Azərbaycan Respublikası Müdafiə Nazirliyi və İtaliya Respublikası Müdafiə Nazirliyi arasında 2016-2017-ci illər üçün ikitərəfli hərbi əməkdaşlıq Planı”na əsasən, hər iki ölkənin müvafiq qurumlarının hərbi strategiya və müdafiə planlaşdırması üzrə ekspertlərin görüşü keçirilib.

Bu barədə 7news.Az-a Müdafiə nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Görüşdə müdafiə siyasətinin planlaşdırılması, müxtəlif səviyyəli risklərin idarə olunması, müdafiə qabiliyyətinin inkişafı və digər aidiyyəti mövzular üzrə müzakirələr aparılıb.

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ