RU
Azərbaycan və Küveytin XİN başçıları əməkdaşlıq məsələlərini müzakirə ediblər
16:58
405

Azərbaycan və Küveytin XİN başçıları əməkdaşlıq məsələlərini müzakirə ediblər

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Nyu-Yorkda Küveytin Baş nazirinin müavini, xarici işlər naziri Şeyx Sabah Xalid Al Hamad Al Sabah ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən 7News.Az-a verilən məlumata görə, nazirlər BMT-nin Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində bir araya gəliblər. 

Nazirlər iki ölkə arasında mövcud olan ikitərəfli əməkdaşlıq münasibətləri və onların perspektivlərini, eləcə də qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələləri müzakirə ediblər.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ