Azərbaycan və Latviya arasında diplomatik və xidməti pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında saziş imzalanıb
7news.Az -ın Trend-ə istinadən məlumatına görə, sənəd Latviyanın xarici işlər naziri Edqars Rinkeviçsin Azərbaycana səfəri çərçivəsində imzalanıb.
Sazişi Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və latviyalı həmkarı E.Rinkeviçs imzalayıblar.
7news.Az








