Dünən axşam saatlarında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında telefon söhbəti olub.
7NEWS.Az-ın xəbərinə görə, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.
Telefon söhbəti zamanı Ukraynada hadisələrin eskalasiyası ilə əlaqədar vəziyyət, həmçinin Rusiya-Azərbaycan münasibətləri ilə bağlı məsələlər müzakirə edilib.
7NEWS.Az








