RU
Azərbaycan və Rusiyanın ruhani idarələri arasında saziş imzalanıb
10:10
484

Azərbaycan və Rusiyanın ruhani idarələri arasında saziş imzalanıb

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxulislam Allahşükür Paşazadə cümə axşamı Sankt-Peterburq və Rusiyanın Şimal-Qərb regionu Müsəlmanlarının Ruhani İdarəsinin müftisi Ravil-Həzrət Pançeyev arasında konfessiyalararası sülhün yayılmasında təcrübə mübadiləsi və əməkdaşlıq haqqında saziş imzalayıblar.

Saziş kitab nəşri, təcrübə və nümayəndə heyətlərinin mübadiləsi, birgə konfransların keçirilməsini nəzərdə tutulur.

Sənəd "Rusiya-Azərbaycan: "sülh, təhlükəsizlik və əməkdaşlıq naminə dinlərarası dialoq və islam həmrəyliyi” adlı beynəlxalq elmi-dini konfransında imzalanıb.

Konfransda həmçinin "dindən siyasi məqsədlər üçün istifadə etmək cəhdləri, dini dözümsüzlüyün hər cür təzahürləri, həmçinin hər hansı bir ibadət obyektinə qarşı vandalizm aktlarını” pisləyən kommünike qəbul edilib./report

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ