RU
Azərbaycan və Türkiyə KOB-ları arasında əməkdaşlıq genişləndiriləcək
18:10
292

Azərbaycan və Türkiyə KOB-ları arasında əməkdaşlıq genişləndiriləcək

Türkiyәnin Azərbaycandakı səfiri Cahit Bağcı KOBİA-da olub.

 

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) 7NEWS.Az-a verilən məlumata əsasən, Agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov və Türkiyәnin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcı arasında görüş keçirilib.

Görüşdə hər iki ölkənin KOB-ları arasında əməkdaşlığın genişləndirilməsi və bu istiqamətdə birgə təşəbbüslərin reallaşdırılmasına, KOB-ların iştirakı ilə layihələrin icrasına dair fikir mübadiləsi aparılıb. 

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ