Türkiyənin Rizə şəhərində yeni inşa olunan Rizə-Artvin Hava Limanın rəsmi açılış mərasimi olub.
Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mərasimdə iştirak ediblər.
İki ölkə liderləri mərasimdə nitq söyləyiblər.
Dövlət başçıları hava limanının rəmzi açılışını bildirən lenti kəsiblər.
Sonra Prezident İlham Əliyevə xatirə hədiyyəsi təqdim olunub.
16:22
Azərbaycan Prezidenti İlham Əliyev Rizə-Artvin hava limanının açılış mərasimində çıxış edib.
Dövlət başçısı iki ölkə arasındakı əlaqələrin tarixi köklərə söykəndiyini bildirib.
İlham Əliyev Azərbaycanla Türkiyə arasında əlaqələrin müttəfiqlik səviyyəsində yüksəldiyini vurğulayıb.
16:03
Türkiyənin Rizə şəhərində yeni inşa olunan Rize-Artvin Hava Limanının açılış mərasimi keçirilir.
Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tədbirdə iştirak edirlər.
Açılış mərasimində əvvəlcə Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Qaraismayıloğlu və hakim Ədalət və İnkişaf Partiyası sədrinin müavini Binəli İldırım çıxış ediblər. Onlar hava limanının tikintisi üçün görülən işlər və onun əhəmiyyətindən danışıblar.
Daha sonra dövlət başçıları çıxış edəcəklər.






7NEWS.Az







