RU
Azərbaycan və Türkiyənin yüksək rütbəli hərbçiləri Bakıda toplaşdılar
19:18
473

Azərbaycan və Türkiyənin yüksək rütbəli hərbçiləri Bakıda toplaşdılar

Müzakirələrə dekabrın 15-də yekun vurulacaq.

Dekabrın 14-də Bakıda Azərbaycan-Türkiyə 8-ci Yüksək Səviyyəli Hərbi Dialoq İclası öz işini başlayıb.

İclasda nümayəndə heyətləri Siyasi-Hərbi, Maddi-Texniki Təminat və Müdafiə Sənayesində Əməkdaşlıq üzrə yardımçı işçi qruplarında əməkdaşlığın cari vəziyyətini bir daha nəzərdən keçirəcəklər.

Toplantıda, həmçinin qarşıda duran vəzifələrin yerinə yetirilməsi üçün əsas fəaliyyət istiqamətləri müzakirə ediləcək.

Hərbi dialoq çəçivəsində müzakirələrə dekabrın 15-də yekun vurulacaq./oxu

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ