RU
Azərbaycan və Ukrayna arasında sənədlər
13:44
1551

Azərbaycan və Ukrayna arasında sənədlər

Azərbaycan və Ukrayna arasında rəsmi sənədlər imzalanıb.

7News.Az “İnterfax Ukrayna”ya istinadən xəbər verir ki, Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev və Ukrayna Fiskal Xidmətinin rəhbəri Roman Nəsirov hava nəqliyyatı vasitəsilə malların daşınması zamanı baş verən gömrük pozuntuları ilə mübarizədə gömrük orqanlarının qarşılıqlı əməkdaşlığı haqqında sənədə imza atıblar.

Azərbaycan və Ukraynanın müvafiq nazirlikləri arasında 2016-2020-ci illərdə mədəniyyət və incəsənət sahəsində əməkdaşlığa dair proqram imzalanıb. 

Daha sonra Azərbaycan prezidenti İlham Əlyev və Ukrayna prezidenti Pyotr Poroşenko Prezidentlər Şurasının 5-ci iclasının protokolunu imzalayıblar.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ