RU
Davosda Azərbaycan və Ukrayna prezidentləri arasında görüş olub — YENİLƏNİB
22:26
729

Davosda Azərbaycan və Ukrayna prezidentləri arasında görüş olub — YENİLƏNİB


Azərbaycanın Ukraynaya yatırdığı investisiyaların həcmi 200 milyon dollara çatıb.

Bunu Davosda Dünya İqtisadi Forumu çərçivəsində ukraynalı həmkarı Pyotr Poroşenko ilə görüşdə Azərbaycan prezidenti İlham Əliyev deyib.

"Bu gün Azərbaycanın Ukraynaya yatırdığı investisiyaların həcmi 200 milyon dollara çatıb", - deyə dövlət başçısı bildirib.

İki ölkə lideri söhbət zamanı Ukrayna iqtisadiyyatına yatırılan bu investisiyaların həcminin artırılması üzrə layihələri də müzakirə ediblər.

Ukrayna prezidenti Azərbaycan neftinin Ukraynaya tədarükünün bərpa olunması münasibəti ilə İlham Əliyevi təbrik edib.

Bununla yanaşı Poroşenko Azərbaycan prezidentini ölkəsinə səfərə dəvət edib.

------

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ukrayna Prezidenti Petro Poroşenkonun görüşü olub
7news.Az
Azərbaycan və Ukrayna prezidentləri arasında Davosda görüş olub - FOTO
Azərbaycan və Ukrayna prezidentləri arasında Davosda görüş olub - FOTO

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ