Gənclərin son zamanlar
mütaliəyə və idmana artan marağını nəzərə alaraq, müsabiqəyə aşağıdakı 3
istiqamət üzrə yazılar təqdim edilə bilər.
1) "Mənim Velo-Hekayəm” - İştirakçılar bu
nominasiya üzrə özlərinin və yaxınlarının yaşadıqları və ya velosiped idmanına
marağın artmasına xidmət edəcək hekayələrini göndərə bilərlər;
2) "Velosiped idman növünün cəmiyyətimizdə təbliği
yolları” – Bu nominasiya üzrə iştirakçılar cəmiyyətimizdə həm sağlamlığımıza, həm
də ekologiyamıza faydalı olan velosiped idman növünün populyarlaşması istiqamətində
hansı addımların atılmasının və hansı tədbirlərin görülməsinin labüdlüyü
haqqında araşdırma tipli yazılar təqdim edəcəklər;
3) "Velosiped – sağlamliğimiz və ekologiyamiz” -
Bu nominasiya üzrə iştirakçılar təqdim etdikləri yazılarda ekologiyamizda olan
problemlərə toxunacaq və sağlamlığımıza təhlükə yaradan bir sıra problemlərin həllində
velosiped idman növünün rolunu vurğulayacaqlar :
Müsabiqəyə yazıların qəbulu 12 noyabr 2016–cı
il tarixinədək davam edəcək.
Hər istiqamət üzrə 3 qalib və 5 fərqlənən təyin olunacaq.
MÜKAFATLAR:
1) Hər nominasiya üzrə 3 qalib və 5 fərqlənən (ümumilikdə 24 qalib) diplom, pul mükafatı, qiymətli hədiyyələr və kitabla təltif olunacaq.
2) Qaliblər bir ay ərzində Respublika
Velotrekində və İB klubda kurslardan pulsuz yararlanmaq imkanı əldə edəcəkdir.
3) Ən yaxşı 100 yazı kitab halına salınaraq yazı
müəlliflərinə hədiyyə olunacaq.
MÜSABİQƏYƏ
GÖNDƏRİLƏN YAZININ ŞƏRTLƏRİ:
1) "TİMES NEW ROMAN” formatında şrift 12
2) Həcm 2 səhifədən az və 5 səhifədən çox
olmamalıdır.
3) Yazının sonunda müəllif ad, soyad, ata adı və
əlaqə nömrəsini qeyd etməlidir.
4) Yazı ilə birgə fotoşəkil də göndərilməlidir.
5) Hər nominasiya üzrə 1 yazı göndərmək imkanı
var.
Yazıları aşağıdakı elektron ünvana göndərə bilərsiniz:ibclubqeydiyyat@gmail.com
Əlaqə nömrəsi: 012-480-34-61,055-238-40-08








